Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.
Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev
Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov
Oyunqurucu: Roman Qurski
Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel
Baş məşqçi: Fərid Cəlalov
Qeyd edək ki, Universiada 28 iyul – 8 avqustda təşkil olunacaq.