Təhsil

Respublika fənn olimpiadalarında 498 medal qazanılıb

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tdəbirdə bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.

“Zirvə yolu” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə dövlət qurumlarının rəsmiləri, deputatlar, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə respublika fənn olimpiadaları üzrə qalib olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Mərasimdə respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir