İqtisadiyyat Manşet

Azərbaycan Mərkəzi Bankı bu il sığorta bazarında 20-30 % artım proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.

“Zirvə yolu” xəbər verir ki, bunu AMB-nin Baş direktoru Ziya Əliyev Bakıda keçirilən “Sığorta mübahisələrinin uğurlu həll yolları” mövzusunda Elmi-Praktik Konfransda bildirib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə təxminən 1 milyard manat sığorta haqqı toplanılıb.

“2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq”, – deyə AMB rəsmisi əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir