Cəmiyyət

Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

“Zirvə yolu”nun məlumatına görə, hadisə rayonun Müqtədir kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü rayon sakini 1989-cu il təvəllüdlü Qaibxanov Turac Həsrətulla oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir