Dünya

Rusiya qüvvələri Donetsk vilayətinin kəndini atəşə tutub, yaralılar var

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Jelanne Perşe kəndini atəşə tutması nəticəsində körpə və yeniyetmə daxil olmaqla 5 nəfər yaralanıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə regionun prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla 19:30-da baş verib. Rusiya ordusunun reaktiv artilleriyadan atəş açdığı güman edilir.

Müharibə qanunlarının və adətlərinin pozulması faktı üzrə cinayət işi üzrə prokurorluq tərəfindən ibtidai araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir