Türkiyə NATO-nu tərk etdi – Belçikada kritik qərar
NATO-da komandanlığın təhvil-təslim tədbirində skandal yaşanıb. NATO üzvü olmamasına baxmayaraq, tədbirə Kiprin yunan tərəfi də dəvət edilib. Buna etiraz olaraq türk zabitlər NATO-nun tədbirini tərk edib. Qeyd edək ki, tədbir Belçikanın Mons şəhərində baş tutub və NATO-nun Avropa Müttəfiq Komandanlığının…
Zelenskinin inaqurasiya mərasimi bu tarixdə keçirilə bilər
Ukrayna Ali Radası yeni seçilmiş prezident Vladimir Zelenskinin inaqurasiya mərasiminin tarixini müzakirə edir. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, inaqurasiya mərasiminin mayın 19-da keçirilməsi məsləhət görülür. Parlament bu barədə yekun qərarı mayın 14-də verəcək.
Keçmiş dünya gözəli oteldə ölü tapıldı
“Miss Uruqvay-2006” gözəllik müsabiqəsinin qalibi Fatimih Davila Meksikada otellərin birində ölü tapılıb. “Qafqazinfo”nun “Universal” portalına istinadən verdiyi xəbərə görə, 31 yaşlı modelin cəsədi polislər tərəfindən Mexikoda vanna otağında aşkarlanıb. Onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı cinayət işi açılıb.



