Qanunsuz erməni silahlı dəstələrinin Xocavənddə yeni səngər yolları qazmağının qarşısı alınıb
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. “Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan…
Kəlbəcərdəki mövqelərimiz artilleriya atəşinə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub. “Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, Azərbaycanın daha iki hərbçisi yaralanıb
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. “Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə daha iki hərbi…



