Ələt-Astara yolunda maşın yanır – Hərəkət dayandı
Ələt-Astara magistral yolunda maşın yanır. Yanğın nəticəsində maşın tamamilə yararsız hala düşüb. APA-nın məlumatına görə, magistralın Biləsuvar rayonundan keçən hissəsində avtomobilin yanması səbəbindən hazırda yolun bir istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.
Qazaxıstanda nazir müavini saxlanıldı
Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablalıyev saxlanılıb. Bu barədə KaTAG agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbəsi məlumatı təsdiqləsə də, təfərrüatları açıqlamayıb. Qeyd olunur ki, həm böyük məbləğdə rüşvət, həm də qanunsuz himayəçiliklə bağlı versiyalar yayılır.
Mərdəkanda dənizdə batan var
Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dalğıc-xilasedicilər axtarışlara cəlb olunub. Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.



