Rusiya ordusunun azərbaycanlı zabiti həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub. Rusiya ordusunun zabiti Orxan Rafiq Oğlu Rzayev Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Peşəkar hərbçi olan Orxan kapitan rütbəsi ilə Rusiya ordusunda xidmət edirmiş. Mərhumun cənazəsi Kürdəmir rayonunun Quşlar kəndinə gətirilərək dəfn edilib.
Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır – YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş verən yanğının yayılmasının qarşısı alınıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 16:58Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.Fövqəladə Hallar Nazirliyindən “Report”un Sumqayıt-Abşeron…
Bakıda 15 yaşlı qız itkin düşdü
Bakıda yeniyetmə qız itkin düşüb. Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır. Müraciətlə…



