Manşet

“Lyuk”un qapağı altdan qırılıbmış – FİA açıqladı

FİA Bakıda keçirilən Formula 1 yarışlarında ötən gün baş verən qəzanın səbəbini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, ilk sərbəst yürüşün 15-ci dəqiqəsində Corc Rassel lyukun üzərindən keçərkən qəza yaşanıb. Lyukun qapağı bolidin altına dəyib və şassi zədələnib. FİA-nın açıqlamasına görə,…

İdarə: Birinci vitse-prezident İçərişəhərdə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama verib. İdarədən “Report”a bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva…

Türkiyədə zəlzələ oldu

Türkiyənin Muğla əyalətində 4,4 bal gücündə zəlzələ baş verib. Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Qeyd olunur ki, zəlzələnin episentri Marmaris şəhərində, yerin 6 kilometr dərinliyində qeydə alınıb. Təkanlar qonşu vilayətlərdə də hiss olunub.