Manşet

Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb

Bakıda fəhlə çoxmərtəbəli binadan yıxılaraq ölüb. Report-un məlumatına görə, hadisə Yasamal rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib. Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılaraq ölüb.

Ermənistan Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmuru Moskvada saxlanıldı

Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılıb. İnterfaks agentliyinin məlumatına görə, onun Ermənistana ekstradisiyası məsələsi müzakirə olunur. Miqran Poqosyan külli miqdarda mənimsəmə və vəzifəsəlahiyyətlərində sui-istifadəyə görə axtarışa verilmişdi. Məhkəmə materiallarına əsasən, o həmçinin öz sürücüsünü və mühafizəçisini Ədliyyə Nazirliyində vəzifəyə təyin edib və onların adına yazılmış maaşın ümumi miqdarı 91 min…

Azərbaycan millisinin sabiq futbolçusu döyülüb

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb. ONA-nın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət…