Ramiz Zeynalovun qardaşı İŞDƏN ÇIXARILDI – FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Fikrət Zeynalov vəzifəsindən azad edilib. “Unikal”ın məlumatına görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, Fikrət Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. “Unikal”
Həkimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sistem yenilənib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yenilənmiş “e-Tabib” mobil tətbiqi təqdim olunub. “Zirvə yolu”nun məlumatına görə, agentliyin İT və innovasiya şöbəsinin müdiri Nicat Kərimov bildirib ki, proqrama yeniliklər əlavə edilib. O söyləyib ki, əvvəlki versiyada tətbiq yalnız koronavirus infeksiyası ilə…
İrandan Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb
İrandan Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Belə ki, idxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşlarının götürdüyü nümunələrin müayinələri nəticəsində İrandan idxal olunan “Ballı Store N” MMC-yə…


