Şou biznes

Azərbaycanlı aktrisa yəhudi bəylə ailə qurur

Bakı Bələdiyyə Teatrının aktrisası Nigar Babayeva ərə gedir. Axşam.az bildirir ki, o, yəhudi əsilli bəylə ailə qurur. Nigarın toyu gələn ay olacaq. Qeyd edək ki, Babayeva, eyni zamanda, “Parni iz Baku KVN Teatrı”nın da aktrisasıdır.

Xalq artistinin ifası Əli Mirəliyevi ağlatdı – VİDEO – FOTO

  ARB TV-nin “Səhər-Səhər” proqramının qonağı xalq artisti Flora Kərimova olub. Milli.Az xəbər verir ki, söhbət əsnasında xalq artistinin “Böyük Dayaq” filmində səsləndirdiyi ifasını dinləyən zaman Əli Mirəliyev göz yaşlarını saxlaya bilməyib. Sözügedən görüntünü təqdim edirik:  

“Xərçəng boğazımadək yayılıb” – Tünzalə etiraf etdi

Əməkdar artist Tünzalə Əliyeva yenidən onkoloji xəstəliyə tutulması barədə yayılan xəbəri təsdiqləyib. Anews.az xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb: “Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6…