Təhsil nazirinin videoqəbulunun vaxtı dəyişdirildi
Təhsil naziri Emin Əmrullayevin Göygöl, Goranboy rayon və Naftalan şəhər sakinləri ilə 2 oktyabr 2020-ci il tarixində nəzərdə tutulmuş videoqəbulunun vaxtı dəyişdirilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.
Distant təhsilə keçən məktəb və siniflərin sayı açıqlandı – RƏSMİ
“21-28 sentyabr tarixlərində temperaturu 37 dərəcədən yüksək olan 387 şagird, 23 texniki işçi müəyyən olunub”. Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, tədris zamanı hərarəti yüksək olduğu üçün 78 şagird, iki heyət üzvü təcrid olunub: “Bu…
Kolleclərə ixtisas seçiminin vaxtı uzadıldı
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı…