Xəbər

Bakıda və Abşeronda havada toz müşahidə olunur

Martın 29-u günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. “Zirvə yolu” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib. Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır….

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb. “Zirvə yolu” xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş zamanı istehsalat sahəsində dünyasını dəyişib. Hadisənin səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb

“Zirvə yolu” xəbər verir ki, Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb. Meyit Sumqayıt Uşaq Xəstəxanasının həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır.