Xəbər

Bakıda avtomobil 20 yaşlı gənc qızı vurub

Bakının Sabunçu rayonunda 20 yaşlı gənc qızı avtomobil vurub. “Zirvə yolu”nun məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Rəcəbova Şəfiqə Ramil qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Elşən Salahovun BAŞI CƏNCƏLDƏ… – Bayrama qədər…

Xəzər rayon icra hakimiyyətinin başçısi Elşən Salahovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir. DİA.AZ bildirir ki, bu barədə məlumatı verən hökumətdəki mənbə RİH-lərin birdəfəlik ləğvinin bu il də ertələnəcəyini qeyd etməklə yanaşı, eyni zamanda Bakıda bir neçə başçı ilə bağlı…

Rza Zərrabın Bakıdakı biznesi təhlükədə – Onun molla rejimi ilə hansı əlaqələri var?

ABŞ-da çirkli pulların yuyulmasına görə həbs edilən məşhur İranlı iş adamı Rza Zərrab hansısa şərtlər müqabilində zaminə buraxılsa da, onun Türkiyəyə qarşı alətə çevrilməsi, İranda və Azərbaycanda olan biznes şəbəkələri hələ də medianın gündəmindədir. Zərrabı Azərbaycanla bağlayan təkcə güneyli olması,…