Məktəblilərin payız tətili başlayır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır. “Zirveyolu.info” xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində noyabrın 16-20-si tarixləri payız tətilidir. Tətildən sonra ilk dərs günü noyabrın 21-i olacaq.
Azərbaycan Rusiyaya nota verdi
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən verilən məlumata görə, görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı…



