Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb. “Zirvə yolu” xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş zamanı istehsalat sahəsində dünyasını dəyişib. Hadisənin səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb
“Zirvə yolu” xəbər verir ki, Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb. Meyit Sumqayıt Uşaq Xəstəxanasının həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır.
Sabah havanın temperaturu 21 dərəcəyədək artacaq
Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. “Zirvə yolu” Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə xəbər verir ki, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer…