Müğənni anası ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq bu sözləri qeyd edib
Ötən həftə anasını itirən müğənni Tacir Şahmalıoğlu hər kəsi kövrəldib.
Zirvryolu.info aznews.az-a istinadən xəbər verir ki, müğənni anası ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq bu sözləri qeyd edib:
“Yağdı saçlarıma həsrətin qarı
Heç oldu gözümdə həyatın varı
Yeriyə bilmədim qəbrinə sarı
Süründüm dizimi daşlar apardı
İnana bilməzdim vüqarım sına
Ürəyim dözmədi ana yasına
Yaman öyrəşmişdim yaz havasına
Üşüdüm ömrümü qışlar apardı”.
Qeyd edək ki, sənətçinin 83 yaşlı anası Südabə Allahverdiyeva ötən həftə dünyasını dəyişib.





