Dünya

SON DƏQİQƏ: Rusiyada növbəti DƏHŞƏTLİ PARTLAYIŞ – Çox sayda ölü və yaralı var

Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhərindən 30 kilometr məsafədə yerləşən hərbi hissənin ərazisində güclü partlayış baş verib.

Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 2 nəfər həyatını itirib. 15-ə qədər yaralı var. Dərhal əraziyə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib. Hadisənin səbəbləri barədə məlumat yoxdur.

Xatırladaq ki, 3 gün əvvəl Krasnoyarsk vilayətində yerləşən Açinsk şəhərindəki hərbi hissədə də güclü partlayışlar baş verib. Artilleriya silahlarının saxlanıldığı anbarda qeydə alınan partlayışlardan sonra güclü yanğın başlayıb. Ölən və xəsarət alanlar olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir