Türkiyənin Ərzincan vilayətində ildırım vurması nəticəsində iki hərbçi xəsarət alıb.
Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, hərbçilər xəstəxanaya yerləşdiriliblər.
Hazırda onların vəziyyəti yaxşı olaraq qiymətləndirilir.
Xatırladaq ki, sentyabrın əvvəlində İzmirdə bir qrup hərbçini ildırım vurmuşdu. O zaman 7 nəfər xəsarət almışdı.





