Elman Babayevə vəzifə verildi
Əməkdar jurnalist Elman Babayevə Bakı Mühəndislik Universitetində vəzifə verilib. Oxu.Az xəbər verir ki, universitetdə təbliğat işinin gücləndirilməsi məqsədilə struktur dəyişikliyi aparılıb. Təhsil müəssisəsinin mətbuat xidməti ləğv olunaraq, onun bazasında İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Əməkdar jurnalist Elman Babayev şöbənin müdiri vəzifəsinə təyin olunub….
Türkiyədə hərbçiləri ildırım vurdu: 2 yaralı
Türkiyənin Ərzincan vilayətində ildırım vurması nəticəsində iki hərbçi xəsarət alıb. Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, hərbçilər xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Xatırladaq ki, sentyabrın əvvəlində İzmirdə bir qrup hərbçini ildırım vurmuşdu. O zaman 7 nəfər xəsarət almışdı.
Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşüb
Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Sonra Prezident İlham Əliyev…



