Sosial

Beş gün dərs olmayacaq – SƏBƏB

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb.

Soxeber.az xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti – qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir