Türkiyədə Ədirnə bələdiyyəsinin sədri Receb Gürkan saxlanılıb.
Cebhe.info xəbər verir ki, bələdiyyə sədri 2016-cı ilin iyul hərbi çevriliş cəhdinə dəstək verməkdə suçlandırılır.
Məlumata görə, Receb Gürkanın 15 iyul gecəsi bir əyləncə mərkəzində spirtli içki qəbul edərək mahnı oxuduğu əks olunan video görüntülər üzə çıxıb.
İttihamda göstərilir ki, Receb Gürkan həmin günü içib mahnı oxuyaraq “36 il öncə xəbərimiz yox idi, indi var, gəlin içək” deməklə hərbi çevriliş cəhdinə mənəvi dəstəyini ifadə edib.
Bələdiyyə sədrinə 2 ay 15 gün həbs cəzası verilib.





