Manşet

Gürcüstan ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı fakültəsi yaradılacaq.

 

Zirveyolu.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvadze arasında görüş keçirilib. Görüşdə Şarvadze vurğulayıb ki, tərəfdaş ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də olması labüddür. Təhsil sahəsində əməkdaşlıq isə yüksələn xəttlə davam edir.

Görüşdə həmçinin Bakı Dövlət Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb, rektorların qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətindən söz açılıb.

Görüşün əsas məqsədi Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və Ədəbiyyatı fakültəsinin yaradılması təşəbbüsü idi. Bu fakültənin yaradılması Gürcüstanın Azərbaycandilli məktəblərində kadr çatışmamazlığı probleminin aradan qaldıracağına dair müzakirələr aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir