Manşet

​Əfqanıstanda KİV-in fəaliyyətinə icazə veriləcək – Taliban

Taliban sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.

Zirveyolu.info-ın RİA Novosti-yə istinadən məlumatına görə, Mücahid bildirib ki, informasiya azadlığı cəmiyyət üçün faydalı olacaq və eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcək.

Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda “Taliban” hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir