Month: Mart 2022

Azərbaycan Avropaya qaz tədarükünü artıracaq

Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib. Bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib: “Bu…

Ukraynada azərbaycanlı iş adamı saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycan əsilli, ukraynalı iş adamı Vaqif Əliyevi saxlayıb. Bu barədə UNİAN Ali Radanın deputatı Aleksandr Dubinskiyə istinadən məlumat yayıb. Qeyd olunub ki, V.Əliyev Ukraynanın qərbindəki Zakarpat vilayətində saxlanılıb. Onun saxlanılmasının səbəbi açıqlanmayıb.

“Bir neçə kiçik şəhər artıq yoxdur” – Zelenski

“Ölkənin qərbində xalqımız davamlı bombardmanlara məruz qalmayıb. Dağıntılar Kiyev, Xarkov, Mariupol və bir çox şəhərlərdə qeydə alınıb”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Ukrayna Prezidenti bildirib ki, bir neçə kiçik şəhər artıq yoxdur. “Bu, böyük faciədir, onlar sadəcə olaraq yoxdur,…