Month: Mart 2022

Türkmənistanda prezident seçkiləri başa çatdı

Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla 19:00-da ölkədəki seçki məntəqələri bağlanıb. Seçkilərdə seçici fəallığı 97,12% olub.

Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu oldu

Sərbəst güləşçimiz Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə məğlub edən Bayramov Avropa çempionatının qalibi olub.

Cəlilabad şəhər 2 nömrəli məktəbində bədbəxt hadisə: 13 yaşlı şagird ağır xəsarət alıb

  Cəlilabadda bədbəxt hadisə baş verib. Hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb. İlkin məlumata görə, həmin məktəbin 2009-cu il təvəllüdlü şagirdi, Qasımov Əli Təyyar oğlu idman zalında hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şagird rayon xəstəxanasına çatdırılıb….