[center][img]http://azadmedia.az/uploads/posts/2022-09/1663040126_1663019523_1391368.jpg[/img][/center]
Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib.
O bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: “Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır”.
xxx
02:50
Müdafiə Nazirliyinin brifinqi başlayıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verir.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
xxx
02:48
Bir neçə dəqiqə sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin brifinqi olacaq.
Bu barədə Azərbaycan dövlət televiziyasının (AZTV) efirində qeyd olunub.
Brifinq saat 02:00-a planlaşdırılıb. AZTV brifinqi canlı yayımlayacaq.





