Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bunu diplomat tviterdə yazıb.
O, görüşün məhsuldar keçdiyini bildirib.
“Dünən axşam Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdüm. Çox səmimi və faydalı müzakirəmiz oldu”, – səfir vurğulayıb.




