Cəlilabad rayonunda yerləşən “Qazan köşkü” tarixi abidəsi ətrafında torpaq sürüşməsi aktivləşib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə yerli tarixçi Elşad Əmənov məlumat verib.
Onun sözlərinə görə, bu hal əvvəllər baş verib, amma bu il sürüşmə aktivliyi daha çox hiss olunur: “Abidə ətrafında olan sürüşmə nəticəsində tikililərin kərpicləri ilk dəfə olaraq üzə çıxıb. Əgər sürüşmə aktivliyi belə davam edərsə, abidəyə ziyan dəyə bilər”.
Tarixçi bildirib ki, faktla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verilib.





