Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.
“Zirvə yolu” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.
“Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinin birinci müavini, general-leytenant Rəşad Sadıqov ilə görüşdük. Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə etdik”, – o bildirib.
Biz @LeoDochertyUK Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisinin birinci müavini, general-leytenant Rəşad Sadıqov ilə görüşdük.
Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə etdik. pic.twitter.com/4XDSRdBMRU— FergusAuldFCDO (@FergusAuldFCDO) February 22, 2023





