İdman

“Gent” – “Qarabağ” oyununa 10 mindən az bilet satılıb

Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

“Zirvə yolu” “Nieuwsblad” nəşrinə istinadən xəbər verir ki, hələlik “Gelamko Arena”dakı qarşılaşma üçün 9 000 bilet alınıb.

11 000-ə yaxın biletin isə satışda olduğu bildirilib. Stadion 20 000 azarkeş tutumuna malikdir.

Nəşr marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirib.

Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir