Dünya Manşet

İranda güclü zəlzələ olub

İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.

“Zirvə yolu” IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 21-də İranın eyni bölgəsində 5,3 maqnitudalı zəlzələ olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir