Şou biznes

Manaf Ağayev qızıl diş qoyanları “düşük” adlandırdı

“Toylar kralı” titulu ilə tanınan müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

Zirveyolu.info  Lent.az-a istinadla xəbər verir ki, o, “Səhər mərkəzi” proqramında qızıl diş qoydurmağın dəb olmasını lağa qoyub:

“Vaxt var idi ki, düşük-düşük gedib sağlam dişimizi çıxardıb, qızıl diş qoyurduq. Ağlımız kəsmirdi də. O zaman dəb idi. Bir dəfə efirdə İzzət Bağırovun arxiv görüntülərini göstərdilər. O kadrlarda İzzət böyük pencək geyinmişdi. Dedim ki, gör, İzzət bu gündədirsə, biz nə gündə olmuşuq?”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir