Dünya Manşet

AK rəhbəri: “Ticarət sazişi Aİ-Böyük Britaniya əməkdaşlığında yeni səhifə açır”

“Şimali İrlandiya ticarət razılaşması “Brexit”dən sonra Avropa İttifaqı və Böyük Britaniya arasında əməkdaşlıqda yeni səhifə açır”.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunakla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu saziş əlaqələrimizdə əməkdaşlığın yeni səhifəsini açır. Bu, gömrükdə bürokratiyanın həcmini azaldacaq, malların və insanların sərhəddən keçirilməsini sadələşdirəcək. Əsas odur ki, hər iki tərəfə uyğun olan və bazarlarımızı qoruyacaq həll yolunu tapmışıq”, – o bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir