ABŞ-da Rusiyaya aviasiya texnologiyası göndərən iki amerikalı həbs edilib.
Bu barədə “Zirvə yolu” “Reuters”ə istinadən xəbər verir.
“ABŞ-ın iki vətəndaşı Kanzas Sitidə həbs edilib”, – Birləşmiş Ştatların Ticarət Nazirliyinin sözçüsü Metyu Akselrod deyib.
Onun sözlərinə görə, həmin şəxslər Amerika aviasiya texnologiyalarını Rusiyaya göndərdiklərinə görə saxlanılıblar.





