İdman

“Formula-1”: Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.

“Zirvə yolu” BŞH-dan verilən məlumata görə xəbər verir ki, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir