Dünya Manşet

Kuleba və Blinken Rusiyanın məsuliyyətə cəlb olunmasını müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə D.Kuleba tviterdə yazıb.

Bildirilib ki, Blinken Yeni Dehlidə keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin iclası barədə həmsöhbətini məlumatlandırıb.

Tərəflər həmçinin Rusiyanın hücumları ilə bağlı Xüsusi Tribunalın yaradılmasını müzakirə ediblər: “Bizim növbəti böyük öhdəliyimiz koordinasiyalı səylər nəticəsində Rusiya rəhbərliyinin məsuliyyətini təmin etməkdir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir