Qobustan sakinindən narkotik vasitə götürülüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Adəm Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.





