Dünya Manşet

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiyanın dəqiq idarə olunan raketləri tükənib”

“Rusiya ordusunun dəqiq idarə olunan raketləri tükənib”.

“Zirvə yolu” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov deyib.

O bildirib ki, fevralın 24-də – müharibənin başlamasının ildönümündə Ukrayna ərazilərinin kütləvi raket atəşinə tutulmamasının səbəbi də bu olub: “Onlar raketlərindən ehtiyatla istifadə edirlər”.

O.Danilovun sözlərinə görə, buna baxmayaraq Rusiya hələ də müharibəni davam etdirmək ambisiyasından əl çəkməyib: “Onlar hər gün bizim şəhərlərimizdə – Xarkov, Xerson və digərlərində terror aktları törədirlər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir