Yunanıstanın paytaxtı Afinada həmkarlar ittifaqı və təşkilatlarının təşəbbüsü ilə parlamentin yaxınlığındakı Sintaqma meydanında keçirilən etiraz aksiyası zamanı 7 polis yaralanıb.
“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, Tempidə dəmir yolu qəzası səbəbindən 10 minə yaxın insan etiraza qalxıb.
Aksiya iştirakçıları polisə mərmər parçaları, daş və “Molotov kokteyli” atıb.
Qeyd olunur ki, polis altı nəfəri saxlayıb, onlardan beşi həbs edilib.





