İdman

AFFA-nın növbəti Konfransı başa çatıb

AFFA-nın növbəti Konfransı başa çatıb.

“Zirvə yolu”nun məlumatına görə, Konfransda 2022-ci ilin hesabatı açıqlanıb.

Ardından AFFA İcraiyyə Komitəsinin üzvləri iclas üçün bir araya gəliblər. Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:

– Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

– 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

– AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

– Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

– Yoxlama və Təftiş Komitəsinin hesabatı

– I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

– Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi

– I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

– 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

– Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı

– Digər məsələlər

10:11

AFFA-nın növbəti Konfransı başlayıb.

“Zirvə  yolu”nun məlumatına görə, Konfransa AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, həmçinin gənclər və idman naziri Fərid Qayıbov sədrlik edirlər.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– Prezident tərəfindən iclasın açıq elan edilməsi;

– Konfransın tərkibinin yoxlanılması;

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

– Maliyyə hesabatlarının təsdiq olunması;

– Müstəqil auditorun hesabatını nəzərə almaq;

– Hər hansı vakant vəzifəyə seçkilər;

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

– Digər məsələlər.

Konfransın ardından keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələlər müzakirə ediləcək:

– Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

– 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

– AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

– Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

– Yoxlama və Təftiş Komitəsinin hesabatı

– I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

– Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi

– I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

– 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

– Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı

– Digər məsələlər

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir