Kişilər və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında XI turun proqramı açıqlanıb.
“Zirvə yolu”nun məlumatına görə, hər iki liqada turun oyunları eyni gündə keçiriləcək.
Kişi voleybolçular martın 9-da, qadınlar isə bir gün sonra meydana çıxacaqlar.
9 mart
Yüksək Liqa (kişilər)
IV dövrə (XI tur)
16:00. “Murov” – MOİK (CBC sport-canlı)
18:00. “Xarı bülbül” – “Neftçi”
10 mart
Yüksək Liqa (qadınlar)
IV dövrə (XI tur)
16:00. “Abşeron” – “Azərreyl”
18:00. UNEC – “Murov”





