Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin X Qlobal Bakı Forumunun keçirilməsinin əsas məqsədini açıqlayıb.
“Zirvə yolu”nun xəbərinə görə, o, X Qlobal Bakı Forumunun açılışında bildirib ki, bu gün ağır dövrdə yaşayırıq və dialoq, müzakirə vacibdir.
İ.Serageldinin sözlərinə görə, ümumi məqsədlər uğrunda mübarizə aparmağı vacib sayır:
“Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün çoxlu sayda insanlar aclıqdan əziyyət çəkir. Biz bu Forumda bu istiqamətdə müzakirə aparacağıq. Biz necə etməliyik ki, irəliyə doğru gedək. Biz bu məsələlər barədə çıxış yollarını müzakirə etmək üçün bura yığışmışıq”.





