Xəbər

Şəhid anasından ETİRAZ: `Kimin hesabına yaşayırsınız?` – ÜRƏKAĞRIDAN MƏNZƏRƏ

Bərdədə qadın “Megastore” mağazalar şəbəkəsinin açılışında təşkil olunmuş şou-proqrama etiraz edib.

Zirveyolu.info  “Unikal”a istinadla xəbər verir ki, şəhid anası olduğu deyilən qadın konsertə toplaşan insanlara irad tutub.

“Şəhid analarını başa düşmürsünüz? Ayıb olsun! Bizim oğulların hesabına yaşayırsınız”, – deyə qadın proqramı təşkil edənlərə və əraziyə toplaşanlara qəzəblənib.

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi mart ayının 8-də Bərdə rayonunda şou-proqramın olunduğu barədə məlumat verib.

VİDEO BURADA: bura tıklayın...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir