Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Zirvə yolu”nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Nəsibov Anar Qurban oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Nəsibova Aysel Zahid qızı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




