İqtisadiyyat Manşet

“Holcim” “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident – “Holcim Azerbaijan” ASC qeydiyyata alınıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Məlumata görə, şirkət Parkda 5 hektar ərazidə əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa edəcək, eləcə də sement satışı terminalı təşkil edəcək. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında indiyə qədər 3 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir