İdman

Konfrans Liqası: Türkiyə klubu bu gün “Gent”lə qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

“Zirvə yolu”nun məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Başakşehir” Türkiyədə Belçika “Gent”ini qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Görüşü fransalı FIFA referisi Benua Bastyen idarə edəcək.

Gent şəhərinin eyniadlı təmsilçisi pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
15 mart

21:00. “Başakşehir” (Türkiyə) – “Gent” (Belçika)
Baş hakim: Benua Bastyen (Fransa)
İlk oyun – 1:1
İstanbul, “Başakşehir Fatih Terim” stadionu

Qeyd edək ki, bu raundun digər cavab oyunları martın 16-da keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir