Manşet Siyasət

Ombudsman Aparatının rəhbəri: “Fransada irqçilik və islamofobiya indi açıq şəkildə institutlaşdırılıb və qanuniləşdirilib”

“Fransada irqçilik və islamofobiya indi açıq şəkildə institutlaşdırılıb və qanuniləşdirilib”.

“Zirvə yolu”nun xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu gün bəzi Avropa ölkələrində, xüsusən də Fransada islamofobiyanın əhəmiyyətli dərəcədə artdığının şahidi oluruq: “Fransa vətəndaşı, hətta orada doğulmuş bir çox müsəlman hər gün qara siyahıya düşür və polisin hörmətsizliyi və nifrətinin qurbanı olur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir